Sandu Gürcüstanda etirazçılara dəstək verdi

Sandu Gürcüstanda etirazçılara dəstək verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Prezidenti Maya Sandu Tiflisdə baş verən etiraz aksiyalarına dəstək verib.

Tribunainfo.az xəbər verir ki, Sandu bu barədə özünün X səhifəsində yazıb.

“Mənim fikirlərim öz azadlığını və Avropa gələcəyini müdafiə edən Gürcüstan xalqının yanındadır. Demokratiyanı susdurmaq olmaz. Moldova sizin tərəfinizdədir”, – Sandu bildirib.

Qeyd edək ki, ötən gün Tiflisdə bələdiyyə seçkilərinin nəticələrinə etiraz edən müxalifət aksiya keçirib. Etiraz aksiyaları nəticəsində 21-i polis olmaqla 27 nəfər yaralanıb.