“Pirşağı” Sanatoriya-Kurort Birliyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Sabunçu rayonu Pirşağı Bələdiyyəsini məhkəməyə verib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, işin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar yaranmış mübahisələrdir.
İşə Bakı İnzibati Məhkəməsində hakim Aysev Almazovanın sədrliyi ilə baxılacaq. Tərəflər arasında ikinci proses 11 dekabr tarixində baş tutacaq.