Samvel Şahramanyanın çıxışı gözlənilir

Samvel Şahramanyanın çıxışı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü qondarma “DQR”in “prezidenti” adlandıran Samvel Şahramanyan tezliklə ictimaiyyət qarşısında çıxış edəcək.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Əziz həmvətənlər, bəzi KİV-lərdə və sosial şəbəkələrdə sentyabrın 19-da baş vermiş hərbi əməliyyatlardan sonra “Artsax Respublikası hökuməti”nin (qondarma-red.) müxtəlif vətəndaşlardan mənzillər və ya daşınmaz əmlak alması, kredit və ya nağd pul verməsi barədə yayılan yalan məlumatlar həqiqətə uyğun deyil.

Bu cür məlumatı olan vətəndaşları Ermənistan Respublikasının hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa və cinayətlə bağlı müvafiq hesabatlar təqdim etməyə çağırırıq. Nəzərinizə çatdırırıq ki, prezident Samvel Şahramanyan yaxın vaxtlarda ictimai çıxışında bu və bir sıra digər məsələlərə toxunacaq”, – deyə qondarma qurumun İrəandakı mətbuat mərkəzi bildirir.