Qarabağdakı keçmiş separatçıların liderlərindən biri Samvel Babayan sentyabra hazırlaşır. Tribunainfo.az xəbər verir ki, o, bununla bağlı plan hazırlayaraq, icrası üçün taym-aut götürüb.
“İravunk” qəzeti bu barədə yazır ki, Babayan ətrafındakı adamlara deyib ki, sentyabra qədər Ermənistan müxalifətində təmsil olunan bir çox liderlərin maskası cırılacaq. “Onlar artıq köhnəlirlər. Payıza qədər isə çoxlarının maskası düşəcək”.
Həmçinin o da vurğulanır ki, separatçıların nümayəndəsi payızda Paşinyan hökumətinə qarşı “at gedişləri” edəcəyini də deyib.