Samvel Babayan da qayıdışdan dəm vurur

Samvel Babayan da qayıdışdan dəm vurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçıların nümayəndəsi, qondarma “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayan Ermənistanda məskunlaşmış Xankəndi erməniləri ilə görüş keçirmək istəyir. Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Həmin məlumatda bildirilir ki, Babayanın görüş keçirmək fikrində olmasının əsas səbəbi Qarabağa erməniləri qaytarmaq üçün proqram hazırlaması və onu müzakirə etmək fikrində olmasıdır. “Samvel Babayan bu yaxınlarda dar bir çərçivədə yeni planlarını açıqlayıb. O, Qarabağdan köçənlərlə görüşmək istədiyini və ermənilərin geri qayıtması üçün dəqiq plan təklif etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, əgər onun planıdəstək qazanarsa, o, Qarabağa qayıdışa şəxsən rəhbərlik etməyə hazırdır”.
Xatırladaq ki, bir neçə gündür Ermənistana sığınmış bir qrup separatçı Qarabağa qayıdış məsələsindən daha çox danışmağa, hətta bununla bağlı proqrama sahib olduqlarını iddia etməyə başlayıblar. Ötən gün Babayanın əsas tərəfdarlarından biri də bu barədə danışaraq, hamını hazırlaşamağa çağırmışdı. Onlarda bu qədər əminliyin haradan yarandığı bəlli olmasa da, bu işin təxribat məqsədi daşıdığı şübhəsizdir. Böyük ehtimalla separatçılar bir qrup dinc sakini başlarına toplayaraq, Laçındakı sərhəd keçid mntəqəsinin qarşısına toplaşacaq və Xankəndinə getmək istədiklərini deyəcəklər. Təbii ki, tələbləri qanunsuz olduğundan Azərbaycan tərəfi buna razılıq verməyəcək. Bunun ardından keçid məntəqəsində təxribata əl ataraq, bütün dünyaya “əzildiklərini”, “hüquqularının pozulduğunu” göstərməyə başlayacaqlar.
Digər tərəfdən, Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamaq fikirləri var idisə, niyə evlərini heç bir təzyiq, təhdi olmadan tərk etdilər? Aydın məsələdir ki, bütün bu planların hamısı təxribata hesablanıb.