Xəbər verdiyim kimi, Şimali Koreya ordusunun əhəmiyyətli sayda əsgəri Kursk da daxil olmaqla cəbhəyanı bölgələrə yollanıb. Ş. Koreya tonlarla düyü müqabilində öz əsgərlərini döyüşə göndərir. Bu proseslərdə münaqişənin gedişatı necə olacaq?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Ramiz Şərifov bildirib ki, Şimali Koreyanın əsgərlərinin Rusiyaya göndərilməsi nəticəsində nəsə olacağı inandırıcı deyil. Çünki Şimali Koreya əsgərləri heç vaxt döyüşməyib. Onların döyüş taktikaları yoxdur.
Ekspertin sözlərinə görə, onlar lap idmançı, karateçi olsunlar, ağacları, kərpici sındırsınlar amma bu döyüşdə samurayların vaxtı deyil. Göydə dronlardı, raketlərdi burada Ş. Koreya nə edəcək?
“Ş. Koreya əsgəri gəlib Kurskda, Ukraynada olsun nə müharibə aparacaq?
Düzdür, o tərəfə, bu tərəfə güllə atar amma döyüşün taleyini onlar dəyişə bilməyəcəklər. Ancaq burada bir şeyi nəzərə almaq lazımdır ki, Ş. Koreyanın Rusiyaya kömək etməsi C. Koreyanı qıcıqlandırmağa başlayıb. Sosial şəbəkələrdə, qəzetlərdə aetıq yazıblar ki, C. Koreya da Ukraynanın rəhbəri ilə danışıqlar aparır ki, onlara hər gün dəstək versin. C. Koreya istəməz ki, Ş. Koreyanın əsgərləri gələ Rusiyaya. Gərək onlar Rusiyanın meşələrində döyüş təcrübələri toplaya sonra qayıda ölkələrinə.
Tramp da seçilsə, Harris də seçilsə Amerikanın siyasəti dəyişən deyil. Amerika bir nəfərə bağlı deyil. Onların dövlət maraqları var. Amerikanın marağı odur ki, hegemon bir dövlət olsun. Bu münaqişələrin də böyük müharibəyə çevrilmə ehtimalı yoxdur. Çünki hamı bunun nəticələrini bilir. Tutaq ki, Ukraynanın ərazisində nüvə silahı partlatdılar. Rusiya, Belarusiya, Moldova özü sağ qalacaq? Hamı radiasiyadan zəhərlənəcək. Ara dildə desək bu ölkələr sadəcə bir-birilərinə xox gəlirlər”.
Dəniz Pənahova