Bir çox insanın istifadə etdiyi müxtəlif növ şampunlar zamanla saç quruluşunu zədələyə bilər. Saç tökülməsinə, kəpəyə və zədələnməyə səbəb olan şampunlar saçın görünüşünə mənfi təsir göstərir. Bununla belə, şampunu dəyişmədən saçınızı qidalandırmağın yolu türk qəhvəsindən keçir.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, külək, günəş işığı, həddindən artıq istilik, kimyəvi prosedurlar, həddindən artıq yuyulma və yanlış qulluq məhsulları saçın zədələnməsinə səbəb olur.
Şampununuzu dəyişdirərək saç quruluşunu düzəltmək yerinə, istifadə etdiyiniz şampuna türk qəhvəsi əlavə etmək təsirli bir həll olacaq. Şampunu dəyişmədən belə saçlarınızı qidalandıra və gücləndirə bilərsiniz.
İstifadə etdiyiniz şampunlara 2 qaşıq türk qəhvəsi əlavə etdikdə möcüzənin şahidi olacaqsınız.
Qulluq məhsullarına pul və vaxt sərf etmək əvəzinə türk qəhvəsi və şampun qarışığı ilə saçlarınızı yaxşılaşdıra bilərsiniz. Türk qəhvəsi tərkibindəki maddələr sayəsində saçlarınızı daha yumşaq bir quruluşa sahib edə bilər.
Eyni zamanda təmiz və sağlam saçlara nail olacaqsınız.