Samir Şərifova yeni vəzifə verildi

Samir Şərifova yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri dəyişib.

Tribunainfo.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Şuranın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov olacaq.

İndiyə qədər bu vəzifədə Əli Əhmədov idi.