Yerli mediada yayılan xəbərlərə görə, “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun “Neftçi” klubuna keçidi ilə bağlı bütün detallarda razılıq əldə olunub.
Məsələ ilə bağlı Oxu.Az “Sumqayıt” futbol klubuna sorğu ünvanlayıb.
Klubun mətbuat katibi Zaur Xudiyev yayılan xəbərlərin əsasız olduğunu və “Neftçi” tərəfindən belə bir müraciətin olmadığını bildirib.
“Samir Abbasov müqavilə müddəti başa çatanadək “Sumqayıt” klubu ilə yola davam edəcək. “Neftçi” tərəfindən hər hansı rəsmi müraciət olmayıb. Baş məşqçinin hazırda “Sumqayıt” klubu ilə müqaviləsi var və komandadan ayrılması ilə bağlı xəbərlər real deyil”.
Qeyd edək ki, “Neftçi” klubu 2020/21 mövsümündə Samir Abasovun baş məşqçi olduğu dönəmdə Azərbaycan Premyer Liqasını qazanıb.