AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə, iclasda Premyer Liqanın 13-cü turu çərçivəsində keçirilən oyunlarda yol verilən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
“Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun, həmçinin 19.09.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanır, “Sumqayıt” klubu 1000 manat cərimə edilir (maddə 36.6, 32);
“Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);