Mayın 25-də Şamaxıda Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş VII bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.
Mayın 25-də Şamaxıda Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş VII bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımov Sabir yaradıcılığına həsr olunmuş VII bədii qiraət müsabiqəsinin iştirakçılarını təbrik etmiş, 7-ci ildir keçirilən M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin rayonun mədəni həyatında mühüm yer tutduğunu bildirmişdir.
Sonra Şamaxının millət vəkili Elxan Süleymanov, şair Musa Yaqub və başqaları çıxış edərək şairin yaradıcılığından, onun poeziyasının əhəmiyyətindən danışmış, Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, xalq məhəbbətindən söz açmışlar.
Şamaxının təhsil müəssisələrinin şagird və tələbələri arasında keçirilən müsabiqənin final turunda 100-ə yaxın iştirakçı M.Ə.Sabirin şeirlərini söyləmiş, qalib adı uğrunda mübarizə aparmışlar.
Şair Musa Yaqubun rəhbərlik etdiyi ədəbiyyatçılar və M.Ə.Sabir yaradıcılığının tədqiqatçılarından ibarət münsiflər heyəti iştirakçıların bacarıqlarını qiymətləndirmiş, qaliblərə diplom və pul mükafatları təqdim edilmişdir.