Şamaxıda sürüşmə aktivləşdi: əhali təşviş içindədir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda sürüşmə təhlükəli hal almağa başlayıb.

 

Şamaxıda sürüşmə təhlükəli hal almağa başlayıb.

“ARB TV”dən verilən məlumata görə, avqust ayı ərzində Bakı-Şamaxı avtomobil yolunda sürüşmənin parametrlərində ciddi artım müşahidə edilib.

Hazırda magistralın 106-111-ci km-nin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə sahəsi hökm sürür. Şamaxı – Qızmeydan yolunda da sürüşmə sahəsi aktivləşib.

Ötən həftə yağıntılardan sonra yolda 5 müxtəlif hissədə sürüşmə baş verib. Asfalt örtüyünün yarı hissəsi torpaq uçqununun qurbanı olduğundan ərazidə avtomobillərin hərəkəti də çətinləşib. 

Sözügedən yol Şamaxı ilə 4 kəndi birləşdirən yeganə yoldur. Sakinlər iddia edir ki, ərazidə əvvəllər sürüşmə müşahidə olunmayıb. Yalnız 4 il əvvəl asfalt örtüyü çəkildikdən sonra həmin ərazi sürüşməyə başlayıb.

Həmçinin Bakı-Ağsu, Quba-Qonaqkənd, Muğanlı-İsmayıllı, Basqal-Sulut, Cəlilabad-Cəngan-Soltankənd, Lənkəran-Lerik, Lerik- Qoşmalyan-Kəlvəz və Pəlikeş avtomobil yollarında da sürüşmə sahələrində aktivlik müşahidə olunur.