Şamaxıda “Son zeng” tədbirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi iyunun 14-də Şamaxı rayon məktəblərində də son zəng tədbirləri keçirilib. 

Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi iyunun 14-də Şamaxı rayon məktəblərində də son zəng tədbirləri keçirilib.

Şamaxı şəhər Avropa liseyində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev də iştirak etmişdir. Rayon rəhbəri çıxış edərək ölkəmizdə strateji əhəmiyyət kəsb edən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışmış, iqtisadi cəhətdən güclənən dövlətimizdə yeni məktəb binalarının tikintisinə, əsaslı təmir edilməsinə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə xüsusi fikir verildiyini bildirmişdir. Qeyd etmişdir ki, Prezident cənab İlham Əliyev tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Şamaxı rayonunda da əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində yeni məktəb binaları, uşaq bağçaları tikilmiş və əsaslı təmir olunmuşdur.

Natiq çıxışının sonunda məzunları yeni həyata qədəm qoymaları münasibətilə təbrik edərək gələcək həyatlarında uğurlar arzu etmişdir.

Rayonun bütün məktəblərində son zəng tədbirləri yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.

Tədbirlərdə rayon İcra Hakimiyyətinin əməkdaşları da yaxından iştirak etmişlər.