Bu gün Şamaxıda Polis işçilərinin peşə bayramı günü münasibətilə təntənəli yığıncaq keçirildi.
Bu gün Şamaxıda Polis işçilərinin peşə bayramı günü münasibətilə təntənəli yığıncaq keçirildi.
Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və polis əməkdaşlarının qatıldığı tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzüb.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, çətin və şərəfli peşələrində onlara uğurlar arzulamışdır. Qeyd etmişdir ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçmiş, daxili işlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də polis işçilərinə diqqət və qayğıkeşliklə yanaşmasının nəticəsidir ki, son illər polis əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Yığıncaqda həmçinin rayon polis şöbəsinin rəisi, polis polkovniki Şahin Mirzəyev də çıxış edərək Azərbaycan polisinin keçdiyi şərəfli yol və müstəqil dövlətimizin qurulmasında Ulu Öndərin xidmətləri barədə məruzə etmiş, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqət və qayğısının, ciddi tələbkarlığının Azərbaycan polisinin fəaliyyətindəki uğurlarda xüsusi əhəmiyyəti olduğunu qeyd etmişdir.