Şamaxıda “N” saylı hərbi hissədə Silahlı Qüvvələri günü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirildi.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova tədbir iştirakçılarını salamlayaraq bayram münasibəti ilə hərbi hissənin zabit və əsgər heyətini təbrik etmiş, Azərbaycan ordusunun yaradılması, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışdı. Bildirmişdir ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır. Qeyd etmişdir ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır ki, aprel döyüşləri də bunu bir daha sübut etdi.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması, bazasının möhkəmləndirilməsindən söz açan Gülnisə Ələkbərova bu sahədə Ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamış, məhz bu günün də bayram kimi qeyd edilməsinin Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərman ilə bağlı olduğunu qeyd etmişdir. Natiq çıxışının sonunda növbəti bayram tədbirlərinin Qarabağda, Şuşada keçirilməsini arzuladığını bildiribmişdir.

Tədbirdən sonra iştirakçılar hərbi hissə ilə tanışlıq zamanı yeməkxanada əsgərlərlə birlikdə nahar edib.

Daha sonra tədbir rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam edib.