backend

Şamaxıda kənd təsərrüfatı inkişaf etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu dekabrın 9-da Şamaxı rayonunun Mədrəsə qəsəbəsində keçirilmişdir. 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu dekabrın 9-da Şamaxı rayonunun Mədrəsə qəsəbəsində keçirilmişdir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq, kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Formu Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Şamaxıda sosial-iqtisadi sahələrdə görülən işlərdən, əldə edilən uğurlardan, bu sahədə sahibkarların rolundan danışmışdır.

Sonra Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev forum iştirakçılarına məlumat verərək bildirmişdir ki, 2016-cı ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 157 milyon manatdan çox güzəştli kredit verilmişdir ki, bu investisiya layihələrinin reallaşdırılması da 7700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1850-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,7 milyon manat güzəştli kredit verilmişdir.

İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 30 sahibkara 262 min manat güzəştli kredit verilmişdir. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək və bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaqdır.

Forum çərçivəsində Şamaxı rayonunda güzəştli kredit ayrılmış müasir heyvandarlıq kompleksinə və iri fermer təsərrüfatına baxış keçirilmişdir.Ümumilikdə, indiyədək 23 müasir heyvandarlıq kompleksinin yaradılmasına 100 milyon manatdan çox güzəştli kredit verilmişdir ki, artıq həmin təsərrüfatlardan 19-u fəaliyyətə başlamışdır. Bu təsərrüfatlarda istehsal olunan yüksək keyfiyyətli süd emal zavodlarının südə olan tələbatının ödənilməsində mühüm rol oynayır.