Azərbaycanda ilk dəfə hava şarları festivalı keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, Azərbaycanda Kapadokiya havası yaşanacaq. Belə ki, iyunun 17-18-də Azərbaycanda ilk Hava şarları Festivalı (Balloon Festival) keçiriləcək.
İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək.
Festivala giriş dəvətnamə ilə olacaq.