backend

Şamaxıda hesabat yığıncağı keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxıda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.  Şamaxıda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib. 

Yığıncaqdan əvvəl rayon rəhbərliyi və qonaqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək Ulu öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər. Sonra tədbirin keçirildiyi rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, habelə Şamaxının milli mətbəxinin nümunələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olmuşlar. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Rayon rəhbəri çıxışında ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlar, rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, işdə yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”a uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə rayonun inzibati ərazisinin Padar və Yasamal adlanan qış otlaq sahələrində iri taxılçılıq təsərrüfatları yaradılır ki, bu da rayon əhalisinin ərzaqla təminatının yaxşılaşdırılmasına və yeni iş yerlərinin açılmasına xidmət edəcəkdir. Həmçinin rayonda sahibkarlığın inkişaf etdirilməsi, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsinin xüsusi diqqət mərkəzində olduğu qeyd olunmuş, 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondun tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 24 sahibkara əvvəlki illərdə verilmiş kreditlərinqayıdışı hesabına 272 min manat məbləğində güzəştli kreditlər verildiyi bildirilmişdir. Tədbirdə çıxış edənlər 2016-cı ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, mövcud problemlərdən söhbət açaraq, aqrar bölmənin və sahibkarlığın inkişafı ilə bağlı təkliflərini bildiriblər. Sonra müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub, yığıncaq iştirakçıları adından Prezident cənab İlham Əliyevə müraciət qəbul edilib.