Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “Asan xidmət” mərkəzinin təşəbbüsü ilə Xidmətin əhatə dairəsinin genişləndirilməsi və əhalinin “Asan xidmət” barədə məlumatlandırılması məqsədi ilə görüş keçiririldi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “Asan xidmət” mərkəzinin təşəbbüsü ilə Xidmətin əhatə dairəsinin genişləndirilməsi və əhalinin “Asan xidmət” barədə məlumatlandırılması məqsədi ilə görüş keçiririldi.
Görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Qəbələ regional “Asan xidmət” Mərkəzinin direktor müavini Murad Kərimov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə Qasım Qasımov açaraq qeyd etmişdir ki, son zamanlar informasiya-kommunikasiya texnologiyalarının dövlət qurumlarının fəaliyyətinə inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılmış, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Göstərilən xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaş arasında birbaşa təması minimuma endirir, mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Natiq həmçinin vurğulamışdır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci il 13 iyulda imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin yaradılması barədə Fərman bu prosesin sürətlənməsinə təkan vermişdir.
Sonra Murad Kərimov təmsil etdiyi “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə bağlı tədbir iştirakçılarını məlumatlandıraraq hazırda Azərbaycanda paytaxt Bakıda 5, regionlarda isə 6 olmaqla, ümumilikdə 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərdiyini qeyd etmişdir. Bildirmişdir ki, ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığı 2013-cü ildən bu günədək mərkəzlərə 14 milyondan artıq vətəndaş müraciəti qeydə alınmışdır. Bu gün mərkəzlərlə yanaşı “Səyyar ASAN” avtobusları və “ASAN qatar” fəaliyyət göstərir ki, bu da ölkənin ən ucqar regionlarında yaşayan vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə imkan verir.
Çıxışlarda bildirilmişdir ki, mərkəz ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində, əhali ilə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılması olmaqla, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcəkdir.
Tədbirin sonunda xidmətin fəaliyyətini əks etdirən video materiallar nümayiş etdirilmiş, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.