Şamaxıda dövlət qulluqçularının peşə bayramı qeyd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şamaxı rayonunda Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi. 

Bu gün Şamaxı rayonunda Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının yaradıcısı və qurucusu Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ulu Öndərə məhəbbət və ehtiramlarını ifadə etmişlər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bayram münasibətilə iştirakçıları təbrik etmiş, dövlət qulluqçularının çətin və şərəfli işindən ətraflı danışmışdır. Bildirmişdir ki, respublikamız müstəqillik əldə etdikdən sonra məhz Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə dövlət qulluqçuları dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Hələ ötən illərdə dövlət qulluqçuları ilə bağlı ölkədə bir neçə sənəd ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qəbul edilmişdir. “Dövlət qulluğu” anlayışı da ilk dəfə Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabr ayının 12-də qəbul edilən Konstitusiyamızda öz əksini tapmışdır. Bu istiqamətdə atılan mühüm addımlardan biri də dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 29 dekabr 2000-ci il tarixində “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi olmuşdur. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.

İcra başçısı çıxışında həmçinin qeyd etmişdir ki, ölkəmizdə aparılan dövlət qulluğu siyasətinin əsas qayəsini respublikamızda demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin artırılması və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli yerinə yetirilməsinə xidmət edən peşəkar dövlət qulluqçusu korpusunun yaradılması təşkil edir.

Yekunda rayon rəhbəri bu gün də dövlətimiz tərəfindən dövlət qulluqçularının daim diqqətdə saxlanıldığını xüsusi qeyd etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə ölkəmizdə hər il 23 iyun dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunmasını vurğulamış, dövlət qulluğunda çalışanlara göstərilən diqqət və qayğıya görə rayonda çalışan dövlət qulluqçuları adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir.