Şamaxıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qadınların şəninə təşkil olunmuş təntənəli bayram tədbiri keçirildi.
Şamaxıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qadınların şəninə təşkil olunmuş təntənəli bayram tədbiri keçirildi.
100-ə yaxın Şamaxı xanımının iştirak etdiyi tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov açaraq bayram münasibətilə xanımları təbrik etmiş, cəmiyyətdə və ailədə qadınların rolundan danışmış, onların ictimai həyata, ailəyə mənəvi dayaq olduqlarını söyləmişdir.
Vurğulamışdır ki, Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Bu gün Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır.
Çıxışlarda qadınların bütün sahələrdə kişilərlə bərabər geniş təmsil olunmalarının, o cümlədən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən ehtiramın, diqqətin və inamın bariz nümunəsi olduğu qeyd olunmuşdur.
Bədii hissə ilə davam edən bayram tədbirində tanınmış incəsənət ustalarının ifasında səslənmiş muğamlar, xalq mahnıları tədbir iştirakçılarına xüsusi ovqat bəxş etmişdir.