“Şamaxı” “Səbail”ə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

“Şamaxı” “Səbail”ə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Premyer Liqada 33-cü tur davam edir. 

xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Əvvəlcə 7-ci pillədə qərarlaşan “Şamaxı” öz meydanında autsayder “Səbail”i qəbul edəcək.

Cari mövsüm bu komandaların qarşıdurmalarında bərabərlikdir. 1 dəfə “Səbail”, 1 dəfə isə “Şamaxı” 2:0 hesablı qələbəyə sevinib. Digər görüşdə isə qapılara qol vurulmayıb.

Günün ikinci matçında “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Hazırda Naxçıvan klubu 54 xalla turnir cədvəlində üçüncü, Masazır təmsilçisi isə 40 xalla dördüncüdür. Əsas izləyicisi “Turan Tovuz”u 5 xal qabaqlayan “Araz-Naxçıvan” bugünkü matçda qələbə qazansa, bürünc medallara doğru böyük addım atmış olacaq.

Bu mövsüm tərəflərin keçirdiyi 3 matçdan birində “Sabah” qalib gəlib, digər iki görüş isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, Premyer Liqada artıq “Qarabağ” qızıl, “Zirə” isə gümüş medalları təmin edib.

3 may

17:00. “Şamaxı” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Şamaxı şəhər stadionu.

19:30. “Araz-Naxçıvan” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“Liv Bona Dea Arena”.

4 may

18:00. “Qarabağ” – “Sumqayıt”

20:00. “Neftçi” – “Kəpəz”.

2 may

“Zirə” – “Turan Tovuz” – 1:1.

Bombardirlər:

Leandro Andrade (“Qarabağ”) – 14 qol

Salifu Suma (“Zirə”) – 12 qol

Cesse Sekidika (“Sabah”) – 10 qol

Davit Volkov (“Zirə”) – 10 qol

Coy-Lens Mikels (“Sabah”) – 9 qol

Felipe Santos (“Araz Naxçıvan”) – 9 qol

Nəriman Axundzadə (“Qarabağ”) – 9 qol

Rafael Utziq (“Zirə”) – 9 qol.