ŞAMAXI REGİONAL KOLLECİ NÜMUNƏVİ TƏHSİL MÜƏSİSƏSİNƏ ÇEVRİLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Dövlət Sənaye – İqtisad Kolleci, Şamaxı Humanitar Kolleci ilə birləşdirildikdən sonra, hər iki təhsil müəssisəsinin bazasında Şamaxı Dövlət Regional Kolleci yaradıldı.  Tələbə, valideyin və müəllimlərin iştirakı ilə keçirilən ümumi yığıcağda “mən bu təhsil müəssisəsində rüşvətin kökünü kəsəcəm” bəyanıtını verərkən, demək olar ki, az adam buna inanmışdı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Dövlət Sənaye – İqtisad Kolleci, Şamaxı Humanitar Kolleci ilə birləşdirildikdən sonra, hər iki təhsil müəssisəsinin bazasında Şamaxı Dövlət Regional Kolleci yaradıldı. 

 Cari ilin fevral ayında Kollecə Təhsil nazirinin müvafiq əmri ilə direktor təyin olunan İlham müəllim vəzifəsinin icrasının elə ilk günündəcə, illər öncə bu təhsil müəssisəsində kök salmış neqativ hallara əsasəndə rüşvətə son verəcəyi anonsunu verdi. Pedoqoji kollektivin, tələbə və valideyinlərin iştirakı ilə keçirilən ümumi yığıncaqda “mən bu təhsil müəssisəsində rüşvətin kökünü kəsəcəm” bəyanıtını verərkən demək olar ki, az adam hətda bəzi müıllimlər belə buna inanmışdı. Çünki rüşvət amili İlham müəllimə qədər Kollecdə elə kök salmışdı ki, onun qısa zamanda aradan qaldırılması mümkünsüz hesab edilirdi. Artıq bir təhsil ili də başa çatıb. Kollecdə digər təhsil müəssisələri kimi imtahanlar başlayıb. Lakin kimsə İlham müəllimin təyinatının ilk günü verdiyi bəyanatının əksini göstərəcək hər hansı situatsiyaya rast gəlməyib. Yaxın qohumu da bu Kollecdə təhsil alan Azərbaycan Demokratik İslahatlar Partiyasını funksioneri, “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyinin sədri, politoloq  Əli Cəfərov əməkdaşımızla söhbətindən bunları bildirdi:- Şamaxı Dövlət Regional Koleci sözün həqiqi mənasında sənətinin mütəxəsisini yetişdirən azsaylı təhsil müəssisələrindəndir. 

Kollecin rəhbərliyi, pedoqoji kollektivi, ən başlıcası isə direktor İlham müəllim və müavinləri  bu istiqamətdə olduqca prinsipaldırlar. Artıq hər bir tələbə və valideyin dərk edir ki, yaxşı və əla qiymət almağın yolu məhz oxumaqdan keçir. Ziyalı, prinsipial, ən başlıcası isə işinə vicdanla yanşan İlham müəllimin bu Kollecə direktor təyinatından sonra idarəçilkdə və qiymətləndirmədəki kardinal dəyişikliklər göz qabağındadır. Mən mütəmadi olaraq bu təhsil müəssisəsində oluram və öz yaxın qohumumun təhsilə artan marağının şahidiyəm. Hesab edirəm ki, gənc nəslin təlim-tərbiyəsində və təhsilin keyfiyyətinin yüksəlməsində Samaxı Regional Kolleci öz tövhəsini verəcəkdir. Hörmətl İlham müəllimə və onun rəhbərlik etdiyi pedoqoji kollektivə bu istiqamətdəki fəaliyyətlərində uğurlar arzulayıram.