Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmət Salyanda keçiriləcək tenderin nəticələrini ləğv edib. Tribunainfo.az xəbər verir ki, söhbət büdcədənkənar vəsait hesabına bir sıra işlərin görülməsinə dair müsabiqədən gedir.
Qeyd edək ki, 282.004,66 manat dəyərində olan bu tenderin ləğv edilməsi kimi, qanunun bir sıra tələblərinin pozulması göstərilib. Bundan başqa, AİİBNX məsələ ilə bağlı protokol da tərtbi edib.
Bildirək ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur. O, Hacıqabuldan Salyana transfer olunub. Görünən isə odur ki, AİİBNX Rüstəm müəllimin icra başçısı kimi siftəsini korlayıb.