Salyan rayonunun Baba Zənan (Babazanlı) qəsəbəsinin asfalt örtüyünün olmaması narazılığa səbəb olub.
Tia.az xəbər verir ki,Facebook sosial şəbəkəsində yayılan məlumatda sakinlərin mövcud vəziyyətdən əziyyət çəkdiklərini və onlarla heç kimin maraqlanmadığı bildirilir:
“Beş minə yaxın əhalinin yaşadığı qəsəbədə avtomobillərin, o cümlədən insanların hərəkəti üçün qəsəbənin yollarının vəziyyət olduqca bərbaddır. Belə ki, asfalt örtüyünün yoxluğu, üstəlik, hər tərəfin palçıq olması insanların yaşam tərzinə mənfi təsir göstərir”.
Şikayətçilər deyir ki, dəfələrlə rayonun icra hakimiyyətinə müraciət edilib, amma bununla maraqlanan olmayıb.Doğrudanmı görəsən Salyanın İcra başçısı Sevindik Hətəmov qəsəbədəki bu bərbad yolları görmür?!
Tia.az