Azərbaycanın tanınmış şairi Xəlil Rzanın adına olan park baxımsızlıqdan sıradan çıxmaq üzrədir. JAMAZ.İNFO xəbər verir ki, istiqlalçı şairin adına Salyan rayonunun mərkəzində yerləşən parkın ot örtüyü sıradan çıxmaqla yanaşı, ağacların quruması, ətrafın zibilliyə çevrilməsi də diqqəti çəkir.
Rayon sakinləri deyir ki, yerli qurumlar sözügedən parka biganəlik və ögey münasibət bəsləyirlər. Onların sözlərinə görə, məmurların belə münasibət sərgiləməsinin mahiyyətini anlamırlar. Sakinlər deyir ki, əgər ögey münasibət oımasaydı, Salyan rayon İcra Hakimiyyəti Xəlil Rza parkına diqqət yetirər, digər parklardakı kimi yenidənqurma və bərpa işləri həyata keçirərdilər.