Salyanda pambıq pulu qalmaqalı – Pambıq yığanların pulları niyə verilmir?backend

Salyanda pambıq pulu qalmaqalı – Pambıq yığanların pulları niyə verilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Salyan rayonunun Seyidsadıqlı kəndinin bir qrup sakini “Azərpambıq”ın nəzdində fəaliyyət göstərək “Qızalağac MKT”dən pullarını ala bilmirlər. 
Bu barədə  sakinlərin özləri bildirib. Onların sözlərinə görə, ötən mövsümdə “Qızılağacaq MKT” üçün pambıq yığıblar. Amma hələ də pullarını ala bilməyiblər.
“Artıq yeni mövsüm yaxınlaşır. Bir neçə aydan sonra pambıq yığımına başlanılacaq. Amma biz hələ də pullarımızı ala bilməmişik”, – deyə sakinlər bildirib.
Şikayətçilər deyir ki, pulların verilməməsi ilə bağlı heç bir izahat yoxdur:
“Ancaq onu deyirlər ki, pul yoxdur. Bəs bizim zəhmətimiz? Biz niyə havayı işləməliyik? Hərəmizə 90-100 manat civarında pul verilməlidir. Elə də böyük məbləğ deyil. Düşünürük ki, sadəcə pulu vermək istəmirlər. Təsəvvür edin, 40 dərəcə istidə pambıq yığmışıq. Sağlamlığımızı təhlükəyə atmışıq. Amma bizi bu işə dəvət edən fermer Telman Qasımov deyir ki, mənə pul verilmədiyinə görə sizin zəhmət haqqınızı verə bilmirəm. Nə böyük məbləğdir ki, bir şirkət bunu ödəyə bilməsin?!”.
Sakinlərin sözlərinə görə, MKT-nın məsul şəxsi Səxavət Səmədovdur.
Şikayətçilər artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədirlər.
“Pulumuzu verməsə, məcburuq ki, hüquq-mühafizə orqanlarına müraciət edək. Bəlkə də bu zaman pulumuzu ala bildik”.