Salyan xəstəxanasına baş həkim təyin edildi

Salyan xəstəxanasına baş həkim təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunub.

Tribunainfo.az  “Report”-a istinadla xəbər verir ki, bu vəzifəyə Yeganə Ağabala qızı Əliyeva təyin edilib.

1965-ci ildə Salyanda anadan olan Y.Əliyevə 35 ilə yaxındır xəstəxanada cərrah-həkim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bundan əvvəl xəstəxananın baş həkimi Nurlan Hüseynov idi.