Salyan rayonunda müasir infrastrukturun yaradılmasına hər zaman yardımçı olan və bu məsələni daim diqqətdə saxlayan cənab İlham Əliyev bu il də bu missiyasının yerinə yetirilməsinə öz dəstəyini göstərir.
Salyan rayonunda müasir infrastrukturun yaradılmasına hər zaman yardımçı olan və bu məsələni daim diqqətdə saxlayan cənab İlham Əliyev bu il də bu missiyasının yerinə yetirilməsinə öz dəstəyini göstərir.
Digər bölgələrimizdə olduğu kimi, Salyan rayonunun da inkişafı görülən işlərdə öz əksini tapır. Rayonda aparılan abadlı-quruculuq işləri, təhsildə nəzərəçarpan inkişaf və digər sahələrdə aparılan çoxşaxəli islahatlar rayon sakinlərinin də ürəyincədir.
Son günlər bayram münasibətilə keçirilən ümumrayon tədbirlərdə sakinlərin əyləncəsi üçün hər cür şərait İcra Hakimiyyəti tərəfindən yaradılır.
Rayon sakinləri bildirirlər ki, 2016-cı ildə Salyanın icra başçısı təyin olunan Sevindik Hətəmov Salyanın inkişafında əsas pay sahiblərindəndir.
3 gün əvvəl Sevindik Hətəmovun və rayon ictimaiyyətinin iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Salyan rayon şöbəsinin inzibati binasına əsaslı təmirdən sonra baxış keçirilmişdi.
Salyanın səhiyyəsində də ciddi islahatlar aparılır. Buna misal olaraq, əhaliyə göstərilən tibbi xidməti gücləndirmək və səhiyyə ocaqlarını müasir tələblərə uyğun səviyyədə qurmaq üçün Salyanda son illər görülmüş əhəmiyyətli işlərı göstərmək olar. Prezident İlham Əliyevin tapşırığı ilə dövlət vəsaiti hesabına rayon Mərkəzi Xəstəxanası əsaslı təmiri olunub. Açılış mərasimində cənab prezidentində iştirak etdiyi Xəstəxana tam yüksək səviyyədə yenidən qurularaq salyanlıların istifadəsinə verilib. Yuxarı Noxudlu və Kolanı kəndlərində o cümlədən digər 6 kənddə də yeni tibb məntəqələri tikilib. Yenikənd kəndində isə yeni aptek binası inşa edilib.
Salyan rayonu sakinlərinin rayon haqqında təəssüratlarını öyrənmək üçün Bölgə TV əməkdaşları Təzəkənd, Xıdırlı, Cəngan, Seyidan, Həsənli kəndlərində videoreportajlar hazırlayıblar.
“Sağolsun Salyan Rayon İcra Hakimiyyəti bizi həmişə diqqətdə saxlayıb. Problemimiz olanda, müraciət edirik, bizi incitmirlər. Qəbul günlərində, ya da görüşlərdə rahatlıqla dərdimizi deyirik, İcra Hakimiyyəti də imkan daxilində köməkliyini göstərir, bizi dar vəziyyətdə qoymur.”
Bu cümlələr müsahibələr zamanı ən çox rastlaşdığımız cümlələrdən oldu. Sakinlər həmçinin bildirdilər ki, ən əsas problemlərdən biri olan işsizlik Salyanda çox aşağı səviyyədədir: “Sevindik Hətəmovun dövrünə qədər cavanlarımızın çoxu işsizlikdən bekar gəzirdilər. 20 yaşı keçsələr belə rayonda bir iş tapmırdılar ki, gedib çörək pulu qazansınlar. Amma indi elə deyil, hər il yeni iş yerləri açılır. Ehtiyac olan kimi uşaqlarımızı göndəririk, gedib işləyirlər.”- deyə rayon sakinləri bildiriblər.