Salome Zurabişvili: “Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil”

Salome Zurabişvili: “Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasibətlərin normallaşdırılmasının zamanı deyil.

TİA.AZ  report-a istinadən xəbər verir ki, siyasətçi bunu BBC-nin Rusiya bürosuna müsahibəsində deyib.

“Nə qədər ki, Rusiya özünü indiki kimi aparır, bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm”, – Zurabişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da kənarda qalmayacaq.

Bu həftə Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəlib. Hakim “Gürcüstan arzusu” partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini toplayıb.