Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətini yeni sədri təyin olunacağı gözlənilir. Hazırda sədr vəzifəsini Saleh Məmmədov daşıyır və onun yaxın vaxtlarda yola salınacağı haqda xəbərlər gəlməkdədir.
Bu haqda Tribunainfo.az məlumat əldə edib və bildirilir ki, Saleh Məmmədov tezliklə vəzifəsi ilə vidalaşacaq. AAYDA sədrinin kim olacağı haqda konkret informasiyalar verilməsə də, S.Məmmədovun gedəcəyi dəqiqləşməkdədir. O, uzun müddət quruma rəhbərlik edib.