Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib

Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.

Tribunainfo.az xəbər verir ki, 33 yaşlı hücumçu buna evdə “Bonrmut”a qalib gəldikləri (4:2) I turun oyununda fərqlənməklə nail olub.

Misirli forvard çempionatda 187-ci qolunu vuraraq bu göstəricidə Endi Kola çatıb.

Qeyd edək ki, mütləq rekord Alan Şirerə məxsusdur – 260 qol. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü pillədə qərarlaşıb.