“Salah dünya çempionatında oynaya biləcək”

“Salah dünya çempionatında oynaya biləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinalı mütəxəssis son olaraq Salahın komanda üçün önəmindən danışıb

Misir yığmasının baş məşqçisi Ektor Kuper Məhəmməd Salahın Rusiyada keçiriləcək mundialda oynamaq şanslarını dəyərləndirib.
TİA.AZ apasport.az-a  istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun analizlərinin nəticələri vəziyyətin ürəkaçan olduğunu göstərir.
“Optimistik. Bütün tibbi analizlərin nəticələri Məhəmməd Salahın dünya çempionatında oynaya biləcəyini göstərir. Buna baxmayaraq, biz çempionatın başlanğıcı ərəfəsində baş verə biləcək istənilən situasiyaya hazır olmalıyıq” – deyə, Kuper bildirib.
 “Təbii ki, Salahın yerini doldurmaq asan məsələ deyil. O, bizim əsas “silah”larımızdandı. Xüsusilə də, sürəti və ustalığı hesabına əks-hücumlarda komandaya çox xeyri dəyir”.
Qeyd edək ki, Məhəmməd Salah “Real”la oynanılan Çempionlar Liqası final matçında çiynindən zədə almışdı.