Sakit okeanda 7,1 bal gücündə zəlzələ baş verib.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatlarına əsasən, Sakit Okeandakı Mauq adalarında 7,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerin 12 km dərinliyində baş verib. Sözügedən zəlzələ Şimali Mariana adalarının Saipan şəhərindən 552 km aralıda baş verib. EMSC sistemi vasitəsilə sunami xəbərdarlığı edilib.