SAKİT OKEANDA 7.1 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ – SUNAMİ XƏBƏRDARLIĞIbackend

SAKİT OKEANDA 7.1 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ – SUNAMİ XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit Okean üzərində baş verən 7,1 bal gücündə zəlzələdən sonra ətraf ölkələrdə sunami təhlükəsi elan edilib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, bu səhər Yeni Zelandiyada 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra ölkədə sunami təhlükəsi elan edilib. Zəlzələnin episentri Kermadek adalarının 10 km dərinliyində olduğu açıqlanıb.

ABŞ Geoloji Xidmətinin 10 km dərinlikdə olduğunu təxmin etdiyi yeraltı təkanlardan qısa müddət sonra ABŞ Sunami Xəbərdarlıq Sistemi xəbərdarlıq edib.

Bölgədəki bir çox adanın su altında qalacağı bildirilir. Yeni Zelandiya rəsmiləri isə lazımi tədbirlərin görüldüyünü bəyan edərək, zəlzələlərin davam edəcəyi təqdirdə vətəndaşları günü küçədə keçirməyə çağırıb.