Dünyaca məşhur ulduz Şakiranın britaniyalı aktyor Lucien Laviscountla sevgili olduğu iddia edilib.
Tribunainfo.az xarici mediaya istinadla xəbər verir ki, keçən həftə “Las Mujeres Ya No Lloran” (Qadınlar artıq ağlamaz) adlı yeni albomunu çıxaran 47 yaşlı Şakira klipdə yer alan 31 yaşlı britaniyalı aktyor Lucien Laviscount ilə münasibətə başlayıb.
Daily Mail-ə danışan mənbələr, Laviscountun əvvəllər birlikdə olduğu qadınların Şakiradan tamamilə fərqli olduğunu və onun istifadə edəcəyindən narahat olduqlarını bildiriblər. Şakira və britaniyalı aktyor video çəkilişdən sonra Nyu-Yorkda bir italyan restoranında romantik şam yeməyinə çıxıblar.
Qeyds edək ki, xəyanətə görə futbolçu Jerar Pikedən ayrılan Şakiranın 11 yaşlı Milan və 9 yaşlı Saşa adlı iki övladı var.