`Şakira dedi ki, bu, erməni bayrağı deyil` – Əhəd Abıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsənin icra başçısı Əhəd Abıyev son günlər sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bayraq Günü münasibətilə keçirilən mərasimdə icra başısı Ermənistan bayrağının formasında hazırlanan şiferi yumruqla sındırıb. Bayrağın tərs tutulması müzakirələri daha da qızışdırıb. İddia edilib ki, Əhəd Abıyev Ermənistanın bayrağını yox, Kolumbiyanın bayrağını sındırıb. Hətta məsələ o qədər böyüyüb ki, Kolumbiya mətbuatı da Əhəd Abıyevin bu hərəkətini işıqlandırıb. Daşkəsənin icra başçısı Əhəd Abıyev son günlər sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bayraq Günü münasibətilə keçirilən mərasimdə icra başısı Ermənistan bayrağının formasında hazırlanan şiferi yumruqla sındırıb. Bayrağın tərs tutulması müzakirələri daha da qızışdırıb. İddia edilib ki, Əhəd Abıyev Ermənistanın bayrağını yox, Kolumbiyanın bayrağını sındırıb. Hətta məsələ o qədər böyüyüb ki, Kolumbiya mətbuatı da Əhəd Abıyevin bu hərəkətini işıqlandırıb.

 TİA.AZ xəbər verir ki, icra başçısı adının Kolumbiya mətbuatında hallanmasına münasibət bildirib. Ə.Abıyev AzVision.az-a açıqlamasında Kolumbiyanın Azərbaycana dost ölkə olduğunu deyib. Bildirib ki, Kolumbiya onun sevimli ölkələrindəndir.

“Kolumbiyaya Azərbaycanı dəstəkləyən ölkə kimi böyük hörmətim, xüsusi sevgim var. Bu məsələni erməni əsilli saytlarda çalışan və anaları erməni olan jurnalistlər şişirtdilər. Halbuki, Kolumbiyanın bayrağından söhbət gedə bilməz. Mən erməni bayrağını sındırmışam, düz də etmişəm. Tutaq ki, mən şiferi sındırmasaydıq, əsgər sındırsaydı, nə fərqi olacaqdı?”.

Əhəd Abıyev daha sonra dünya ulduzu Şakiranın ermənilərlə bağlı fikirlərini xatırladıb: “Kolumbiyanın bayrağı 1898-ci ildə, erməni bayrağı isə 1990-ci ildə yaranıb. Erməni bayrağı yarananda kolumbiyalılar etiraz etdilər ki, bizm bayrağımız oğurlanıb.
Müğənni Şakira Moskovada konsert verəndə, erməniləri ayağa qalıb, onu alqışlayıblar. Ermənilər Şakiraya təşəkkür edirdilər ki, guya o, erməni bayrağının altına oxuyur. Şakira da ermənilərə cavab vermişdi ki, bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır. 

Əvvala erməni bayarağını düz tutmaq doğru deyil. Karikaturalarda Sarkisyanın başına eşşək başı qoyurdular. Heç bunu şişirtmirdilər. Ermənilər də bizim bayrağımızı yandırır, təhqid edirdi. Bundan niyə yazmırdılar? Bayrağı sındırmışam, yaxşı eləmişəm”.