Sakinləri narazı salan “Yeni Ailə” MTK məhkəməyə verildibackend

Sakinləri narazı salan “Yeni Ailə” MTK məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qalmaqallı və problemli tikinti şirkətlərindən lan “Yeni Ailə” MTK növbəti dəfə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, MTK ilə bağlı iddianı Süleymanova Səmərqə Əvəz qızı qaldırıb. Prosesdə maraqlı tərəf kimi Vəliyev Qurban Mayıl oğlu, Salahova Dilarə Valeh qızı da iştirak edirlər.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.
MTK ilə bağlı işə 5 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yeləşən “Yeni Ailə” MTK-nın rəhbərinin Hacıyev Ziya olduğu deyilir. Narazı sakinlərlə müqaviləni isə şirkət adından Rasim müəllim adlı şəxs və Fazil Məmmədov imzalayıb.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar