Sakinləri aldadan və fırıldaqçılıqda ad çıxaran “Lider-N” Mənzil Tikinti Kooperativi növbəti dəfə məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, bu tikinti şirkəti ilə bağlı məhkəməyə sakinlər tərəfindən dəfələrlə müraciətlər olub. Şirkət sakinlərə verdiyi vədlərə əməl etmir. Bu dəfə də şirkətlə bağlı iddianı aldadıldığını deyən sakin Quliyev Ələddin Ərrəhman oğlu qaldırıb. İşin mahiyyəti mülkiyyət hüququ ilə əlaqədardır. İddiaçı MTK-dan haqqı olan əmlakı tələb edir
Bakı Apellyasiya Məhkəməsində olan işə 3 sentyabr tarixində baxılacaq. İş hakim Fərrux Qasımovun icraatındadır.
Roman