backend

“SAKİNLƏRƏ QARŞI ZORAKILIQ FAKTI OLMAYIB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu, Hüseyn Cavid prospektində yaşanan gərgin anlar bitib.  

Yasamal rayonu, Hüseyn Cavid prospektində yaşanan gərgin anlar bitib. 

“Olympus Park” tikinti şirkətinin İdarə heyətinin üzvü Əlisahib Böyükxanoğlu TİA.AZa bildirdi ki, Hüseyn Cavid prospekti, 72 ünvanında evlərin qanunsuz sökülməsi ilə bağlı məlumat yanlış verilib: “Bu ünvanda qanunsuz heç bir iş aparılmır. Həmin ərazidə tam qanuni olaraq, tikinti işləri həyata keçirilir.  Bütün məsələlərə nəzarət edən dövlət qurumları var, heç bir özbaşınalıq ola bilməz.  Kimə nə qədər pul verilməyi ilə bağlı müqavilələr var. Tikintini dörd tərəfdən müasir IP kameralar çəkir, istənilən adam baş verən hadisələri kameralar vasitəsilə izləyə bilər. Mənzilin sökülməsi iddiasında isə sökülən məkan həmin şəxsin mənzili deyil. Mənzilin köçürülməsi bir il bundan qabaq sakinlərlə razılaşdırılıb. Bizim notarial qaydada sənədlərimiz var. Sakinlər burda bildiriblər ki, mənzillərin tikinti şirkəti tərəfindən köçürülməsində heç bir narazılıq yoxdur. Şirkət hər bir sakinin ödənişini edib, qəbzlər də hər iki tərəfdə saxlanılır. Sadəcə olaraq sakinlərdən bir neçəsi bizdən xahiş etdilər ki, evlərin qabağında olan 15 kv metrlik balaca bir məkana gəlib çatana qədər buranı sökməyək. Bunlar bu məkanda təndirxana işlədərək, orda çörək, qutab satırdılar. Biz də insanlıq naminə onlara müvəqqəti olaraq icazə verdik. Aprelin 1-dən isə xəbərdarlıq etdik ki, artıq söküntüyə başlamalıyıq. Çünki 4 binanı iyul ayına kimi sakinlərə təhvil verməliyik. Bunun üçün sakinlər bizdən əlavə pul istədilər. Əlavə pul üçün də biz razılığa gəlmədik. Çünki əvvəlcədən ödənişlərini etmişdik. Həmin vaxt gecə anlaşılmazılıq oldu, amma  zorakılıq faktı olmayıb. Ərazidə Yasamal Rayon Polis İdarəsinin şəxsi heyəti, post -patrul xidməti, müqaviləylə işlədiyimiz “RİYAD” mühafizə xidmətinin əməkdaşları və köçürməni icra edən texnika olub.

Biz qeyri-qanuni, məhkəmə qərarı olmadan bir şey etməmişik. Əgər belə olsaydı ən azından post patrul xidməti bizə mane olardı. Sadəcə sakin burda əlavə pul   istədiyinə və onun istəyi qeyri-qanuni olduğuna görə, orda qarşıdurma yaranıb. Bəzi media nümayəndələri də qarşıdurmanı şişirdiblər. Meydan tv məlumdur ki, ancaq yalan şaiyələr yayır. Birtərəfli mövqe nümayiş etdirmək mediaya zidd hərəkətdir.  

Biz təkcə Hüseyn Cavid prospektində deyil, Bakı  şəhərinin 3-4 ərazisində tikinti-köçürtmə işləri ilə məşğuluq. Meydantv ofisə yaxınlaşan zaman ofisin təhlükəsizliyinə baxan bir əməkdaş və mühasib olub. Onlar da kiminsə yerinə informasiya vermək səlahiyyətlərinə malik deyillər. Ofisdə idarə heyətinin  nümayəndəsi məlumat verməlidir. Ofisimiz daim medianın üzünə açıqdır. Biz nə qədər çalışdıqsa Meydan tv-nin əməkdaşları ilə əlaqə yarada bilmədik. Ancaq qarşıdurma yaradan xanım, övladları, həyat yoldaşı ilə birlikdə ofisdə oldular. Hər şeyi  qanun çərçivəsində yoluna qoyduq. Onların istəklərinin qeyri-qanuni olduğunu başa saldıq.

15 kvadratdan böyük olmayan bir ərazidə heç bir yaşayış olmayıb. İnsanın gündəlik yaşanması üçün zəruri tələbləri var. Orda işıq, su yoxdursa, hansı yaşayışdan söhbət gedə  bilər? Həmin tikintidə insanın yaşaması şaiyədir, qeyri-mümkündür.

Meydan tv və ya digər saytlardan xahişimiz budur ki, məlumatı tez-tələsik saytlara yerləşdirib, şou yaratmaqla düzgün olmayan mövqe sərgiləməsinlər. Burda onlar həm KİV haqqında qanunu  pozur, həm də bizim də haqlarımızı  tapdalayırlar.

Biz cəmiyyətimizdə qadına, anaya, bacıya qarşı hər zaman hörmət qoyan bir millətik. Prezidentin  fərmanı var, sakinlərin sosial – iqtisadi inkişafını nəzərə alaraq, sənədlər üzərində köçürmə işləri aparmışıq. Biz kiminsə evini məcbur uçurdub, dağıda bilmərik. Çünki o zaman onların qarşısında iki tərəfli cavab verməliyik. Bu boyda cinayət edib bunların qarşısında dayana bilərəkmi? Mümkün deyil.

Bizim şirkətin uğurlarını həzm edə bilməyən müəyyən insanlar var. Onlar çox maraqlıdır ki, bizdə olan hadisələrin əksinə yazaraq yanlış məlumat versinlər və burdan bəzi informasiya saytları öz reytinqləri üçün istifadə etsinlər”.  

İLAHƏ