Bir qrup sakin Nərimanov rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı 8 nəfər sakin qaldırıb. Onlar Əhmədov Əli, Nağıyeva Gülüzar, Babayeva Günay, Əhmədov Pərviz, Əhmədova Çinarə, Əhmədova Zümrüd, Əhmədova İradə, Əhmədov Məmməd adlı şəxslərdir. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. Digər səbəblər isə açıqlanmır.
Nərimanov İH-lə bağlı iş baxılması üçün Bakıə İnzibati Məhkəməsinə göndərilib. 4 fevral tarixində hakim Nəriman Abıyevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, bir qrup sakin tərəfindən məhkəməyə verilən Nərimanov rayon icra hakimiyyətinin başçısı Həbibullayev Elgin Şirin oğludur.
Tərəfləri dinləməyə hazırıq.
Roman