Sakinlər icra hakimiyyətinə yürüş etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı şəhəri, Səməd Vurğun küçəsi ev 138, 140 ünvanında yerləşən binanın sakinləri Nərimanov Rayon İcra Hakimiyyətinin önündə bir araya gəliblər. 

Bu gün Bakı şəhəri, Səməd Vurğun küçəsi ev 138, 140 ünvanında yerləşən binanın sakinləri Nərimanov Rayon İcra Hakimiyyətinin önündə bir araya gəliblər.


TİA.AZ xəbər verir ki, Yenicag.az xəbər verir ki, sakinlər sözügedən binanı inşa edən “MARS MTK” şirkətinin yaşayış binasına komunal xidmətləri göstərmək üçün müqavilə bağladığı “Xəzər – Servis” MMC-nin rəhbəri Rəhim Sultanovdan şikayətçidirlər.

Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nə Rəhim Sulatnovla bağlı ölçü götürülüb, nə də vətəndaşların problemləri həll olunub.

Bu səbəbdən boğaza yığılan bina sakinləri icra hakimiyyətinin önündə etiraz aksiyası keçiriblər. Onlar icra hakiminin birinci müavini Şahmar İbadovla görüş istəsələr də, bina sakinlərini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin rəhbəri Hüseyn Cəfərov qəbul edib. Lakin, qurum rəsmisi etirazçı sakinlərə qanedici vədlər verə bilməyib. Nəticədə narazı vətəndaşlar Bakı Şəhər İcra Hakimiyyətinə üz tutublar.

Lakin problemlə üzləşən bina sakinləri burada da istəylərinə çata bilməyiblər. Onlar Bakının meri Hacıbala Abutalıbovla görüşmək istəsələr də, sakinlərin qarşısını qəbul şöbəsini müdiri Tahir Mənsimov kəsib. Qurum rəsmisinin vətəndaşlarla ünsiyyət zamanı “Xəzər – Servis” MMC-nin rəhbəri Rəhim Sultanovun mövqeyini müdafiə etməsi sakinləri daha da özündə çıxarıb.



 

Bu zaman Yenicag.az-ın əməkdaşına qarşı da kobudluq olunub. Belə ki, icra hakimiyyətində çalışan mühafizə polisinin əməkdaşı öz vəzifələrini unudub, jurnalistin peşə fəaliyyətinə mane olmağa çalışıb.

Lakin, onun bu cəhdi uğursuz alınıb. Tahir Mənsimov isə Hacıbala müəllimin məzuniyyətdə olduğunu dilə gətirərək, narazı vətəndaşları qəbul edə bilməyəcəyini, onlar üçün yalnız sabah saat 11:00-da Rəhim Sultanovun iştirakı ilə görüş təşkil edəcəyini söyləyib.

Ancaq maraqlıdır ki, qurumun çalışanları Abutalıbovun məzuniyyətdə yox, iş başında olduğunu bildiriblər.