Bir qrup sakin Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib.
Tribunainfo.az xəbər verir ki, ümumilikdə 19 nəfər icra hakimiyyəti ilə bağlı iddia qaldırıb. Onlar Sadıqova Zibeydə, İsmayılov Cavid, Hacıyev Bəxtiyar, Məhərrəmov Nicat, Qurbanova Reyhan, Cümşüdlü Xəyal, İsmayılova Xalidə, Mərdanov Vüsal, Əliyeva İlhamə, İsmayılova Leyla, Qurbanov Xəyyam, Sadıqov Elçin, İsmayılov Cavan, Musayev Namaz, Mərdanov Rəşad, Sadıqov Elvin, Musayeva Xalidə, Cavadov Cavad, Qurbanov Röyaldır.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. Digər səbəblər isə açıqlanmır.
Bakı İH-lə bağlı iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 14 noyabr tarixində hakim Emin Abdullayevin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovdur. O, 2018-ci ildən bu vəzifəni icra edir.
Tərəfləri dinləməyə hazırıq.
Roman