Şahruddindən Ramil Şeydayevə dəstək: “Əsl Azərbaycan kişisi” – FOTObackend

Şahruddindən Ramil Şeydayevə dəstək: “Əsl Azərbaycan kişisi” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşı Ramil Şeydayevə dəstək olub.

28 yaşlı qolkiper Premyer Liqanın 35-ci turunda keçirilən “Sumqayıt” – “Qarabağ” matçından (2:1) sonra yaşanan xoşagəlməz hadisəylə bağlı “Pressing.az” saytının sosial şəbəkə hesabında edilən paylaşıma şərh yazıb.

Belə ki, həmin oyundan sonra “kimyaçılar”ın legioneri Todor Todoroskiylə Şeydayev arasında baş verən mübahisəyə, “Şah”, Ramilə yönəlik “Əsl Azərbaycan kişisi” sözlərini yazıb.

Xatırladaq ki, bu mübahisə Şimali Makedoniya millisinin üzvünün təhqirindən sonra başlayıb. Oyun başa çatdıqdan sonra komandalar paltardəyişmə otağına yollanarkən, Todoroski “azərbaycanlı futbolçular ağılsızdır” – ifadəsini işlədib. Bunu eşidən Şeydayev “Sumqayıt”ın futbolçusu ilə əlbəyaxa olub.

dfdü copy

 

Посмотреть эту публикацию в Instagram

Публикация от pressing (@pressing_az)