Şahruddin yenidən “Qarabağ”dabackend

Şahruddin yenidən “Qarabağ”da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Qarabağ” klubuna transfer edilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubla qolkiper arasında 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Şahruddinin son klubu “Adana Demirspor” olub.

Məhəmmədəliyev 2016-23-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2023-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib.

Xatırladaq ki, Şahruddin “köhlən atlar”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

O, Azərbaycan milli komandasında 29 oyun keçirib.