Şahruddin Məhəmmədəliyev “Qarabağ”ı Türkiyə klubuna dəyişir

Şahruddin Məhəmmədəliyev “Qarabağ”ı Türkiyə klubuna dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə “TRT Spor” telekanalı məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı qapıçı Superliqada çıxış edən “Adana Demirspor” klubu ilə anlaşıb.

Təcrübəli oyunçu tezliklə Adana təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.