Bir müddət əvvəl Ermənistanda həsb olunan və Azərbaycanın xeyrinə casusluq etməkdə ittiham olunan Sarqis Qalstyanla separatçıların rəhbəri Samvel Şahramanyan üzləşdirilib. Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Gorus polisində keçirilən üzləşmədə Şahramanyan Qalstyanın ittihamlarını qəbul etməyib. Lakin üzləşmədə konkret olaraq hansı hallardan bəhs edildiyi barədə də məlumat verilmir.
Qeyd edək ki, Sarqis Qalstyan ermənilər Qarabağı könüllü tərk etdikdən sonra Xankəndidə qalıb. Hətta Azərbaycan tərəfi onu könüllü əməkdaşlığa razı olduğu üçün Xankədi üzrə müvəqqəti nümayəndə təyin edilib. Buna qədər isə o, Samvel Şahramanyanın “aparat rəhbərinin müavini” təyin edilmişdi.
Üç ay bundan əvvəl isə Qalstyan və ailəsi Ermənistana köçüblər. Lakin sərhəddi keçən kimi, həbs olunublar. Ona Azərbaycanın xeyrinə cəsusluq etmək ittihamlı irəli sürülüb. Həbsinin ilk günlərində bunu “etiraf” edən Qalstyan, sonradan ifadəsindən imtina edib. O bildirib ki, belə deməsinə səbəb istintaq zamanı ona işgəncə verilməsi olub.