“Şahramanyanın danışmasına imkan vermək olmaz”

“Şahramanyanın danışmasına imkan vermək olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr sənədində Meğri yol ruslara verilməli, Ermənistan ərazisi özgələşdirilməli idi. Lakin 8 avqust razılaşmasında bu yoxdur. Sadəcə, Ermənistan maneəsiz keçidi təmin etmək üçün öhdəlik götürüb. Bu o demək deyil ki, gömrük və ya pasport nəzarəti olmayacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni hüququşünas Artaşes Xalatyan deyib.

Onun sözlərinə görə, Ermənistanın tranzit potensialının tam reallaşmasına ABŞ vasitəçiliyi ilə təminat verilir.

Xalatyan onu da deyib ki, separatçıların rəhbəri Samvel Şahramanyanın qondarma “dqr”in ləğbi ilə bağlı fərman imzalaması “hüquqi cəfəngiyyat”dır. “Onlar ciddi səhgvlər etdilər. Ermənilər Sofiya və Bratislava görüşündən imtina etməklə Qarabağda qalmaq və müəyyən statuslar almaq üçün imkanlarını itirdilər. Bu addımı atsaydılar, bəlkə də bəzi güzəştlər əldə edəcəkdilər”.

O daha sonra vurğulayıb ki, Şahramanyanın tez-tez bəyanatlar verməsi səhv addımdır. “Bu Azərbaycanın Ermənistana qarşı addımlar atmasını şərtləndirə bilər. Onun sözləri Bakı üçün hüquqi əsas sayılacaq”.

Fərda Uğur