“Şahramanyan və dəstəsi həbs olunmalıdır”

“Şahramanyan və dəstəsi həbs olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Samvel Şahramanyan Azərbaycan tərəfindən maneəsiz və həbs olunmadan Ermənistana qaçıb. Onu da digərləri kimi həbs edə bilərdilər. Amma bu baş verməyib”.

Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan Xristian-Xalq İntibah Partiyasının sədri Levon Şirinyandır.

O qeyd edib ki, Şahramanyanın bu günlərdə qondarma “dqr”in “bərpası” barədə “fərman” imzalaması boş cəhddir. “Faktiki olaraq Qarabağ adlı “dövlət” yoxdur. Şahramanyanın “imzaladığı” daha “sənəd” isə Ermənistanda Qarabağın ləğvi ssenarisini təkrarlamaq cəhdidir”.

Şirinyan separatçıların rəhbərinin cəzalandırılmasını da tələb edib. O deyib ki, Şahramanyan və başının dəstəsinə cinayət işi açılmalı və həbs olunmalıdırlar.

Fərda Uğur