Şahramanyan keşişlə görüşə gəlmədi- Səbəb?backend

Şahramanyan keşişlə görüşə gəlmədi- Səbəb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdan Ermənistana qaçaraq, separatçı fəaliyyətlərini davam etdirən Samvel Şahramanyan və başının dəstəsi dünən keşiş Baqratla görüşə qatılmayıblar. Tribunainfo.az xəbər verir ki, “Vətən naminə Tavuş” hərəkatının rəhbəri ötən gün separatçıların nümayəndələri ilə görüş keçirib və Xankəndidən könüllü olaraq köçən ermənilərin məsələsini müzakirə edib.

Şahramanyanın görüşə qatılmamasının konkret səbəbi göstərilmir. Bununla bağlı, “Joqovurd” qəzeti iki versiya irəli sürüb. Birinci versiya budur ki, Samvel və başının dəstəsi digər qondarma “prezident”lərin də iştirakı ilə tədbir keçirilməsinin tərəfdarıdır. Lakin indiki şəraitdə bu mümkün deyil. Çünki terrorçular Bakıda həbsdədirlər.

İkinci verisya isə budur ki, Paşinyan hökuməti separatçılara qəti göstəriş verib ki, artıq-əskik hərəkətə yol verməsinlər. “Şahramanyan daha çox bu səbəbə görə görüşə qatılmaya bilər. Çünki bunu edərsə, təkcə özünə deyil, elə Qarabağ ermənilərinə də ciddi problem yaratmış olacaq”.

Qeyd edək ki, Ermənistan hakimiyyəti Xankəndidən köçən ermənilərlə bağlı konkret proqram hazırlayıb və həyata keçirir. Separatçılara isə xəbərdarlıq edib ki, onlar Ermənistan ərazisində hər hansı “hökumət” qura bilməzlər və fəaliyyətləri də humanitar fəaliyyətdən başqa olmamalıdır. Əks təqdirdə, onlar üçün cəza mexanizmlərini işə sala bilərlər. Məsələn, Şahramanyan İrəvanda korteclə gəzərkən, polis onu saxlayaraq, bir daha belə hərəkət etməməsi barədə xəbərdarlıq edib. Həmçinin separatçılar (az qismi istisna olmaqla) heç bir siyasi prosesə qatılmırlar və mümkün qədər bundan yayınırlar.

Keşiş Baqratın dərdi isə Qarabağ ermənilərini öz tərəfinə çəkmək, özünün siyasi ambisiyalarına alət etməkdir. Onun separatçıların nümayəndələri ilə görüşməsi də buna hesablanmışdı. Amma görünən odur ki, keşişin istəyi alınmayacaq.